Ermənistanda yoluxma və ölüm sayı kəskin artdı

Ermənistanda yoluxma və ölüm sayı kəskin artdı

Ermənistanda son sutka ərzində daha 1027 nəfər koronavirusa yoluxub. Virtualaz.org bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Qeyd olunur ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 181 165 nəfərə çatıb. Ermənistanda koronavirusdan bir gündə həm də 19 nəfər ölüb və bu infeksiyadan həyatını itirənlərin sayı 3301-ə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı isə 848 nəfərdir.

Hazırda Ermənistanda 9830 aktiv koronavirus xəstəsi var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...