Erməni və yunan lobbisi Azərbaycana görə İlon Maska təzyiq edir

Erməni və yunan lobbisi Azərbaycana görə İlon Maska təzyiq edir

ABŞ-dakı Yunan Amerikan Liderlik Şurası və Amerika Erməni Milli Komitəsi Türkiyənin “Türksat 5B” peykinin kosmosa göndərilməsinin qarşısını almaq üçün İlon Maskın şirkəti “Space X”-ə təzyiqlər edir. Virtualaz.org Türkiyə mediasına istinadən xəbər verir ki, Amerikadakı yunan və erməni lobbisi Ankaranın İkinci Qarabağ müharibəsində Azərbaycana verdiyi dəstəyə görə bu yolla qisas almaq istəyir.

Erməni və yunan lobbisi Azərbaycana görə İlon Maska təzyiq edir


Yunan və erməni lobbi təşkilatları ABŞ-ın Federal Aerokosmik İdarəsinə göndərdikləri məktubda həmin peykin “təhlükəli hərbi fəaliyyət üçün istifadə ediləcəyini” bildiriblər. Və peykin kosmosa çıxarılmasını əngəlləməyə çağırıblar.

“Space X” şirkəti bundan əvvəl Türkiyənin “Türksat 5A” peykini orbitə göndərib, həmin peyki də erməni lobbisi əngəlləməyə çalışıb. Amerika Erməni Milli Komitəsi peykin orbitə çıxarılmasının qarşısını almaq üçün İlon Maska məktub göndərib, Türkiyənin Qarabağda Azərbaycana dəstək verdiyini göstərərək bu anlaşmanın ləğv edilməsini istəyib. Habelə şirkətin elektron poçtuna ermənilər tərəfindən eyni məzmunlu minlərlə məktublar göndərilib. Amma təzyiqlər nəticəsiz qalıb və İlon Maskın şirkəti Türkiyə peykini orbitə çıxarıb.

Erməni və yunan lobbisi Azərbaycana görə İlon Maska təzyiq edir


İndi isə erməni lobbi təşkilatı yunan lobbi təşkilatı ilə birləşərək bu dəfə Federal Aerokosmik Agentliyinə məktub göndərib və Türkiyənin “Türksat 5B” peykinin orbitə çıxarılmasını əngəlləməyə çalışır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1087 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...