Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başlayıb

Gürcüstan Baş nazirinin Azərbaycana səfəri başlayıb

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri başlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Gürcüstanın hökumət nümayəndələrini daşıyan təyyarə bu dəqiqələrdə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.

Gürcüstanın hökumət administrasiyasının məlumatına əsasən, İ. Qaribaşvili Azərbaycana ilk rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, o, Baş nazir Əli Əsədov, parlamentin sədri Sahibə Qafarova ilə görüşlər keçirəcək.

Görüşlər zamanı iki ölkə arasında siyasi, iqtisadi, ticari, mədəni və humanitar sahələrə dair müzakirələrin aparılacağı bildirilib.

İ. Qaribaşvilinin Azərbaycana səfəri bu gün başa çatacaq. Baş naziri rəsmi səfərdə müavini, xarici işlər naziri David Zalkaliani müşayiət edir. D. Zalkalianini azərbaycanlı həmkarı Ceyhun Bayramovla təkbətək görüş keçirəcəyi bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
926 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...