Əli Laricani prezidentliyə namizəd oldu

Əli Laricani prezidentliyə namizəd oldu
İran Parlamentinin keçmiş sədri Əli Laricani 18 iyun tarixində keçiriləcək 13-cü prezident seçkilərində namizəd olmaq üçün müraciət edib.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tehranda Daxili İşlər Nazirliyinin binasındakı seçki mərkəzində qeydiyyatdan keçən Laricani açıqlama verərək ölkənin problemlərinin populist və şou məqsədli addımlarla həll edilə bilməyəcəyini söyləyib.

Son bir həftədə namizəd olmağa qərar verdiyini və seçkilərə mühafizəkar və ya islahatçı qanadın dəstəyi ilə deyil, müstəqil olaraq qatılacağını söyləyən Laricani özünün quracağı hökumətin Prezident Həsən Ruhaninin davamı olmayacağını vurğulayıb.

Ölkə hakimiyyətinin ekstremistlərin və güzəştə gedənlərin əlinə keçməməsinin vacibliyini qeyd edən Laricani deyib:

"Beynəlxalq siyasət sahəsi emosional olaraq sərt şüarlarla sakitləşmir. Arzu edilən rəhbərlik daha az şüar və güclü hərəkətlərlə olar". Laricani ilə yanaşı keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncaninin oğlu Tahran Vilayət Məclisinin sədri Möhsin Haşimi və Təbriz millət vəkili Məsud Pizişkiyan da namizədlik üçün müraciət ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
618 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...