İsrail “Həmas”ın tunellərinə zərbələr endirdi

İsrail “Həmas”ın tunellərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağındakı “Həmas”ın tunellərinə zərbələr endirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

Qeyd edilib ki, hücumlar nəticəsində zolağın şimalındakı 15 kilometr yeraltı infrastruktur vurulub.

"Gecə ərzində ordu Qəzza zolağının şimalındakı “Həmas”ın tunel sisteminə üçüncü dəfə zərbələr endirib. İsrail Hava Qüvvələrinin 54 qırıcısı təxminən 35 hədəfi və 15 kilometr tunel sistemini vurdu", - açıqlamada vurğulanıb.

Xatırladaq ki, Qəzza zolağında İsrailin hücumları nəticəsində 181 fələstinli ölüb, daha 1225 nəfər yaralanıb. Fələstinin hücumu nəticəsində isə 10 israilli ölüb, 50 nəfər ağır yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...