Köçəryanı dəstəkləyən kənd ağsaqqalı döyüldü

Köçəryanı dəstəkləyən kənd ağsaqqalı döyüldü

Ermənistanın ikinci prezideni Robert Köçəryanın lideri olduğu “Ermənistan” Blokunu dəstəkləyən Odzun kəndinin ağsaqqalı Arsen Titanyan Lori vilayətinin qubertanoru tərəfindən döyülüb.

HİT.Az erməni mediasına istinadən xəbər verir ki, Odzunun ağsaqqalının döyülməsində qubernator da daxil 10 nəfər iştirak edib.

Onun bədənində, əsasən də üz nahiyəsində çoxsaylı xəsarət izləri var. Arsen Titanyan artıq tibbi müayinədən keçib.

Odzun kəndinin ağsaqqalı bildirib ki, hazırda baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. O, döyülməsinin səbəbləri barədə danışarkən deyib: “Onlar məndən istefa verməyi tələb edirdilər”.

Onun sözlərinə görə, təzyiqlərə və fiziki zora məruz qalmasına baxmayaraq, istefa vermək niyyətində deyil.

Erməni mediası yazır ki, “Ermənistan” Blokuna dəstək verən başqa ağsaqqalar da analoji tələblə üzləşib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...