Haitinin öldürülən prezidenti dəfn edilib - FOTO

Haitinin öldürülən prezidenti dəfn edilib -

Cari ilin 7 iyul tarixində sui-qəsd nəticəsində öldürülən Haiti prezidenti Jovenel Moizin dəfn mərasimi respublikanın şimalındakı Kap-Aitien şəhərində keçirilib.

Gundeminfo.az “TASS”a istinadən xəbər verir ki, mərasimdə mərhumun həyat yoldaşı Martin Moiz və respublika rəhbərliyinin üzvləri iştirak edib.

“Jovenel, sənə xəyanət etdilər və vəhşicəsinə öldürdülər. Ancaq ən böyük günahların ölkəyə sevgi, zəifləri və ən həssas insanları qorumaq, ölkəni korrupsiyalaşmış oliqarxlardan azad etmək istəyin idi. İntiqam almaq istəmirik, amma qorxudan əsla təslim olmayacağıq. Biz döyüşü uduzduq, müharibəni yox”, deyə Martin Moiz vida nitqində bildirib.

Daha sonra Haiti prezidenti Jovenel Moiz dəfn edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
740 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...