İranın cənub-şərqində qarşıdurma: İnqilab Keşikçiləri Ordusunun dörd əsgəri öldü

İranın cənub-şərqində qarşıdurma:

İranın cənub-şərqində silahlı qruplaşmalarla qarşıdurmada İnqilab Keşikçiləri Ordusunun dörd əsgəri həyatını itirib.

İranın rəsmi xəbər agentliyi İRNA bu barədə İnqilab Keşikçiləri Ordusunun Qüds Baş Qərargahının yazılı açıqlamasına əsasən xəbər yayır.

Hadisə Sistan-Bəlucistan vilayətinin Haş şəhərində təhlükəsizlik qüvvələri ilə silahlı dəstələr arasındakı baş verib. Təhlükəsizlik qüvvələri ilə toqquşan silahlı qrup barədə heç bir məlumat verilməyib.

İranın Pakistan və Əfqanıstan sərhədində yerləşən Sistan-Bəlucistan vilayəti son illərdə “bölgədəki Sünni Bəluc xalqının hüquqları müdafiə olunduğu” önə sürülən və ölkədə terror təşkilatı sayılan “Ceyşul Adl” ilə İran təhlükəsizlik qüvvələri arasında qarşıdurmalara səhnə olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
476 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...