Ermənistanda koronavirusdan ölənlərin sayı 5 mini ötüb

Ermənistanda koronavirusdan ölənlərin sayı 5 mini ötüb
Ermənistanda daha 296 nəfər COVID-19-a yoluxub.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 249 146-ya çatıb. Son sutkada koronavirusdan 16 nəfər ölüb. Bununla da koronavirusdan vəfat edənlərin sayı 5018-ə yüksəlib.

Koronavirusa yoluxan 233 105 nəfər sağalıb. Hazırda 9 848 pasiyent müalicə olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
840 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...