Ermənistan Azərbaycanla sərhəddə 18 kəndi birləşdirdi - Əhali etiraz edir - VİDEO

Ermənistan Azərbaycanla sərhəddə 18 kəndi birləşdirdi -
Ermənilər Göyçə mahalının Zod-Basarkeçər avtomobil yolunu bağlayıblar.

KONKRET.az xəbər verir ki, onlar hökumətin ölkə icmalarının genişlənməsi ilə bağlı qərarına etiraz ediblər.

“Bizim tələbimiz 18 kəndimizin birləşməməsidir. Yolu yenidən açmayacağıq. Əgər dediklərimiz olmasa, İrəvana gedəcəyik.

Səlahiyyətlilər əvvəlcə təhlükəsizliyi təmin etsinlər, sonra icmalara qoşulmağı düşünsünlər. Qoy idarə və infrastruktur naziri bura gəlsin, problemimizi həll etsin”, – deyə etirazçılar çıxış ediblər.

Bildirilib ki, Ermənistan hökuməti Azərbaycanla sərhədyanı bölgə kəndlərində adamların qalmadığını, həmçinin idarəçilikdə ciddi problem yaşandığını əsas gətirərək 18 kəndin birləşməsinə qərar verib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
936 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...