Post-Merkel Almaniyasının Azərbaycanla münasibəti necə olacaq?

Post-Merkel Almaniyasının Azərbaycanla münasibəti necə olacaq?
"Almaniyanın Türkiyə ilə münasibətləri normal məcrada gedəcəksə, bu ölkənin yeni hökumətinin Azərbaycana münasibəti də o səviyyədə davam edəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri post-Merkel Almaniyasının Azərbaycanla əlaqələrindən danışarkən deyib. Həmsöhbətimiz sosial-demokratların iqtidar sahibi olması fonunda belə Berlinin Bakıya münasibətdə yürütdüyü əvvəlki siyasətin davam edəcəyini düşünür:

"Hökumətlərarası münasibətlər əsasən dövlətlərin siyasi maraqları kontekstində tənzimlənir. Adətən xarici siyasətdə prioritetlər o qədər də dəyişmir. ABŞ-da ard-arda 4 prezident dəyişsə də, bu ölkə Türkiyəyə hər istiqamət üzrə təzyiq etmək siyasətini dəyişməyib. Almaniyada da sosial-demokratların hakimiyyətə gəlməsi fonunda Azərbaycana münasibət mənfi mənada dəyişməyəcək. Baxmayaraq ki, yaranacaq koalisiyada Yaşıllar Partiyasının da iştirakı gözlənilir. Sosial-demokratların Türkiyəyə münasibəti də müsbətdir. Türkiyə ilə münasibətlərin ən yüksək səviyyədə olması, düşünürəm ki, kansler olmağa başlıca namizəd Olaf Şolzın prioritet siyasətlərindəndir”.

N. Miri bildirir ki, 44 günlük müharibədən sonra regionda yaranan yeni reallıqlar fonunda Bakının əhəmiyyətini nəzərə almadan hərəkət etmək Almaniyaya müsbət heç nə verməyəcək:

"44 günlük müharibədən sonra regionda geosiyasi şərtlərdə yeni reallıqlar yaranıb. Belə vəziyyətdə regionda istənilən geosiyasi marağı həyata keçirmək Azərbaycanın əhəmiyyətini nəzərə almadan mümkün deyil. Avropanın Almaniya kimi aparıcı ölkəsinin yeni hökuməti yəqin ki, bunları nəzərə alacaq. Normal hökumət Bakı ilə münasibətləri tənzimləməyə ehtiyac duyar. Fikrimcə, yeni alman hökuməti bölgəmizlə bağlı qərarlarını da məhz bu yöndə verəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
681 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...