“Qanlı qırğın olacaq, rus oğlanları da tabutlarda qayıdacaqlar” – Ukrayna müdafiə naziri

“Qanlı qırğın olacaq, rus oğlanları da tabutlarda qayıdacaqlar” –

Ukrayna müdafiə naziri Aleksey Reznikov hesab edir ki, Rusiya Ukraynaya yeni müdaxilə halında qalib gəlməyəcək və rus hərbçiləri evlərinə tabutda qayıdacaqlar.

Yeniavaz.com xəbər verir ki, Reznikov bu barədə “CNN”ə müsahibəsində danışıb. Nazir müxbirə Ukrayna uğrunda şəhid olan hərbçilərin xatirə lövhələrini göstərib: “Rusiyada da belə yerlər olacaq. Ruslar nəyə görə, hansı səbəblərə görə öləcəklər?”
Reznikov əmin edib ki, Ukrayna qorxmur. Həmçinin qeyd edib ki, Ukrayna özünün və ABŞ kəşfiyyatının məlumatlarına inanır, lakin Rusiyanın hücumu ilə bağlı hələ də dəqiq məlumatyoxdur.

Daha sonra müxbir birbaşa Reznikovun rus işğalına inanıb-inanmadığını soruşub:

“Rusiyanın Ukraynada qalib gələcəyinə inanmıram. Bu fərqlidir. Bu qanlı qırğın olacaq, rus oğlanları da tabutlarda qayıdacaqlar”.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
925 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...