"Ukrayna, Azərbaycan, Gürcüstan və Moldova arasında dəhliz yaradıla bilər"

"Ukrayna, Azərbaycan, Gürcüstan və Moldova arasında dəhliz yaradıla bilər"
“Prezident İlham Əliyevlə görüşdə Ukrayna, Azərbaycan, Gürcüstan və Moldovanı birləşdirəcək nəqliyyat dəhlizinin yaradılması məsələsi qaldırılıb”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu sözləri Ukraynanın Prezidenti Vladimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
Bundan əlavə, İlham Əliyev Azərbaycanın Ukrayna ilə bütün sahələrdə əməkdaşlığa hazır olduğunu bildirib.
Qeyd edək ki, Yanvarın 14-də Ukraynada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatlarla çıxış ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
824 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...