FBI azərbaycanlı biznesmenə görə ABŞ deputatının evinə basqın edib

FBI azərbaycanlı biznesmenə görə ABŞ deputatının evinə basqın edib

Amerika Birləşmiş Ştatları Federal Təhqiqatlar Bürosu (FTB - FBI - Federal Bureau of Investigation) azərbaycanlı və bir neçə amerikalı iş adamı ilə bağlı geniş miqyaslı federal təhqiqat çərçivəsində deputat Henri Kuelyarın Texasdakı evinə və kampaniya ofisinə basqın edib.
Yeniavaz.com “abcnews”a istinadən xəbər verir ki, Kuelyarın Texas ştatının Laredo şəhərindəki evində axtarışlardan sonra onun köməkçisi açıqlama verib və konqresmenin istənilən istintaqda hüquq-mühafizə orqanları ilə tam əməkdaşlıq edəcəyini söyləyib.
Bildirilir ki, ABŞ-Meksika sərhədi boyunca Texasın 28-ci Konqres Dairəsini təmsil edən Kuelyar 2005-ci ildən Konqresdədir. O, son illərdə Konqresin Azərbaycan Qrupunun həmsədri vəzifəsində çalışıb və dəfələrlə Azərbaycan rəsmiləri, o cümlədən Azərbaycanın səfiri Elin Süleymanov ilə görüşüb.
Qeyd edək ki, iş adamlarının kimliyi və onlarla bağlı aparılan təhqiqatın detalları hələ açıqlanmayıb.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
417 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...