Rusiyada istirahət parkına qumbara atılıb, 5 nəfər yaralanıb

Rusiyada istirahət parkına qumbara atılıb, 5 nəfər yaralanıb
Rusiyanın Vladimir vilayətinin Aleksandrov rayonunda bir kişinin “Sosenka” istirahət parkında qumbara partlaması nəticəsində 5 nəfər yaralanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Aleksandrov rayonu administrasiyasının başçısı Anna Kuznetsova bildiriblər.

Yerli KİV bildirib ki, yerli sakinlərdən biri parkda təmizlik işləri aparan fəhlələrlə arasında olan mübahisənin gedişində onlara qumbara atıb.

Məlumata görə, qumbara atmaqda şübhəli bilinən şəxs saxlanılıb, istintaq aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1350 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...