Ukrayna Yaponiyadan Rusiyanın dondurulmuş aktivlərini istəyib

Ukrayna Yaponiyadan Rusiyanın dondurulmuş aktivlərini istəyib
Ukraynanın maliyyə naziri Sergey Marçenko Yaponiyanı dondurmuş olduğu Rusiya aktivlərini rəsmi Kiyevə verməyə çağırıb.

“Report” xəbər verir ki, Yaponiyanın “Nikkey” qəzetinə müsahibə verən Marçenko bu vəsaitlərin Ukraynanın bərpasına yönəldilməsi ilə bağlı Yaponiya tərəfinə siqnallar göndərdiklərini deyib. Onun sözlərinə görə, Ukraynanın bərpa xərcini Kreml çəkməlidir.

“Siyasi qərar olmalıdır. Bu, asan vəzifə deyil”, - deyən nazir bu istiqamətdə G7 ölkələri ilə işləməkdə davam edəcəklərini əlavə edib.

Nəşr yazır ki, burada söhbət təkcə Rusiya Mərkəzi Bankının deyil, həm də ayrı-ayrı şəxslərin dondurulmuş aktivlərindən gedir.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1640 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...