Rüstəm Muradovun qardaşı oğlu Ukraynada həlak oldu - FOTO

Rüstəm Muradovun qardaşı oğlu Ukraynada həlak oldu -

Rusiya Cənub Hərbi Dairəsinin komandanının müavini, general-leytenant Rüstəm Muradovun qardaşı oğlu Ukraynada həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Baza” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı Salman Süleymanov tağım komandiri olub. Yanvarın əvvəlində o, həmkarları ilə birlikdə Ukrayna ilə sərhədə aparılıb.
“Baza” yazır ki, Salman aprelin sonunda döyüşlər zamanı həlak olub:
“General-leytenant Muradovun özü Ukraynada yaralanandan sonra həmin vaxt xəstəxanada idi. Qardaşı oğlunun ölümü barədə ona məlumat verildikdə, Muradov dəfn edilməsi üçün heç olmasa bir sümük tapılmasını xahiş edib”.
“Baza” mənbəsinin bildirdiyinə görə, nəticədə Salmanın qalıqları vətəninə Dağıstanın Dərbənd bölgəsinə gətirilib.
Qeyd edək ki, Rüstəm Muradov 2022-ci ilin fevralına qədər Qarabağda Rusiya sülhməramlı kontingentinə komandanlıq edib. O, hər iki çeçen müharibəsində iştirak edib və Suriyada hərbi məsləhətçi olub. Muradov həmçinin Suriyada hərbi müşavir vəzifəsini tutaraq bölüklərə komandanlıq edib. Suriyadakı əməliyyata görə Muradov “Rusiya Qəhrəmanı” adına layiq görülüb.


Rüstəm Muradovun qardaşı oğlu Ukraynada həlak oldu -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1643 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...