Vladivostokda buxtada iki gəmi toqquşub: neft sızması baş verib

Vladivostokda buxtada iki gəmi toqquşub:

Rusiyanın Vladivostok şəhərinin sularında, Uliss körfəzində quru yük gəmisi və su tankerinin toqquşması nəticəsində neft sızması baş verib. Bu barədə Dəniz Xilasetmə Xidmətinin dənizkənarı şöbəsinin direktoru İvan Aqarevski məlumat verib.

“Quru yük gəmisi və su tankeri toqquşublar. Quru yük gəmisi zədələnib və gəmidən neft sızması baş verib, amma artıq qarşısı alınıb. Tələfat yoxdur, hər iki gəmi sudadır", – deyə mənbə bildirib.

O əlavə edib ki, hadisənin təfərrüatı dəqiqləşdirilir.

Mənbə: Radio Sputnik



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1653 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...