Estoniya Rusiya ilə quru sərhədini bağladı

Estoniya Rusiya ilə quru sərhədini bağladı
Estoniya ilə Rusiya Federasiyası arasında Narva-İvanqorod keçid məntəqəsində sərhəd bağlanıb.

Bunun Estoniyanın Narva şəhərində T-34 memorial tankının və digər sovet abidələrinin sökülməsi ilə əlaqədar olduğu ehtimal edilir.

“Şahidlərin sözlərinə görə, Estoniya sərhədçiləri artıq bir neçə saatdır Rusiya Federasiyasından gələn insanları, o cümlədən Estoniya sakinlərini ölkə ərazisinə buraxmırlar. Sərhədin nə vaxt açılacağı ilə bağlı hələlik məlumat yoxdur”, - deyə yayılan məlumatda bildirilir.

ERR dövlət yayım portalında qeyd edilir ki, tankın abidəsi artıq postamentdən götürülüb və Tallinə doğru hərəkət edən hərbi treylerə yüklənib.

Mənbə: MK.ru



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...