ABŞ rəsmisi: “Əlizamin Salayevin işini yaxından izləyirik” – VİDEO

ABŞ rəsmisi: “Əlizamin Salayevin işini yaxından izləyirik” –
“Cənab Əlizamin Salayevin aclıq aksiyası keçirməsi ilə bağlı xəbərlərdən xəbərdarıq və onun işini yaxından izləməyə davam edəcəyik”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel ənənəvi brifinqdə 101 gündür həbsdə aclıq edən AXCP fəalı Əlizamin Salayevlə bağlı sualı cavablandırarkən deyib.
“Biz insan hüquqlarına və əsas azadlıqlara hörmətin artırılmasına qətiyyətlə sadiq qalırıq və bütün hakimiyyət orqanlarını Azərbaycanın öz konstitusiyasından və beynəlxalq müqavilələrdən irəli gələn insan hüquqlarına dair öhdəliklərinə uyğun addımlar atmağa çağırırıq”, - o bildirib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
458 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...