Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI: "Bu ərazilərdə daha da aktivləşəcək"

Seysmoloqdan zəlzələ XƏBƏRDARLIĞI:
"Hiss edilən zəlzələlər davamlı olaraq baş verəcək. 2024-cü ildə də Xəzər dənizində belə zəlzələlər olacaq".

GUNDEMİNFO.AZ xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında seysmoloq Qulam Babayev deyib. Onun sözlərinə görə bundan sonrakı müddət ərzində Xəzər dənizində bugünkü zəlzələnin ocağına qonşu ocaqlar da aktivləşəcək:

"Bu ocaqlar artıq oyanıb, daha da aktivləşəcək. Mərkəzi və Cənubi Xəzərdə zəlzələ ocaqlarında kəskin aktivlik müşahidə edəcəyik. Bakı şəhərində təkanları hiss etməyimiz qaçılmazdır. Talış zonası, Hacıqabul, Şamaxı-İsmayıllı, Ağsu zonaları da yenidən aktivləşəcək".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...