Xaricdən gətirilən kərə yağı 16% ucuzlaşıb, marketlərdə isə ucuzlaşma cəmi 7 faizdir

Xaricdən gətirilən kərə yağı 16% ucuzlaşıb, marketlərdə isə ucuzlaşma cəmi 7 faizdir
Bu ilin yanvar ayında Azərbaycan xaricdən ümumi dəyəri 5 milyon 441,8 min dollar olan 1 022,5 ton kərə yağı idxal edib.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricdən gətirilən kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,3 dollar (9 manat) olub.

Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə xaricdən gətirilən kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 6,3 dollar (10,7 manat) olub.

Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə idxal olunan kərə yağının qiymətində 16% ucuzlaşma baş verib.

Lakin son bir ildə idxal olunan kərə yağının qiymətində qeydə alınan 16%-lik ucuzlaşmaya baxmayaraq, ölkə daxilindəki pərakəndə satış mağazalarında bu səviyyədə ucuzlaşma müşahidə edilmir.

Statistika Komitəsinin açıqladığı məlumatlarda bildirilir ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvar ayında ölkədə kərə və bitki yağlarının qiyməti cəmi 6,8% ucuzlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
198 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...