Dollara tələbat səngimir: Bu dəfə də 100 milyondan çox satıldı

Dollara tələbat səngimir:
Bu gün – 20 fevral tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 102,6 milyon dollar təşkil edib.
Yeniavaz.com xəbər verir ki, 5 gün əvvəl – 15 fevral tarixində keçirilən sonuncu hərrac ilə müqayisədə valyutaya tələb cüzi azalıb.
Belə ki, 15 fevral tarixində hərracda 103,9 milyon dollar satılıb.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 13 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 994,9 milyon dollar satılıb.

9 yanvar – 74,9 milyon dollar
11 yanvar – 80,4 milyon dollar
16 yanvar – 52,9 milyon dollar
18 yanvar – 58 milyon dollar
23 yanvar – 43,9 milyon dollar
25 yanvar – 42,8 milyon dollar
30 yanvar – 64,2 milyon dollar
1 fevral – 78,7 milyon dollar
6 fevral – 79,7 milyon dollar
8 fevral – 61,4 milyon dollar
13 fevral – 151,5 milyon dollar
15 fevral – 103,9 milyon dollar
20 fevral – 102,6 milyon dollar



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
185 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...