Maştağadakı Psixiatriya Xəstəxanasında yeniyetmə öldürülüb - İddia- FOTO

Maştağadakı Psixiatriya Xəstəxanasında yeniyetmə öldürülüb -
Bu günlərdə Maştağada yerləşən Psixiatriya Xəstəxanasında ölüm hadisəsi olduğu haqda məlumat yayılıb. Deyilənə görə zorakılıq nəticəsində yeniyetmə öldürülüb.

Bu barədə Feysbukda “Hüquqşünaslar” qrupunda sosial şəbəkə istifadəçisi Rauf Həsənli paylaşım edib.

O, paylaşımında qeyd edib ki, xəstəxanada çalışan nəzarətçi qadın 17 yaşlı yeniyetməni yemək yeyərkən arxadan başına yumruq vurmaqla öldürüb:

“Kamera görüntülərində yeniyetmənin heç bir pis hərəkət etmədiyi, sakit oturub yemək yediyi görünür. Bu zaman nəzarətçi uşağı vurur və tikə ət parçası uşağın nəfəs yoluna düşür, vəfat edir”. İddiaçı görüntülərin müstəntiqdə olduğunu, araşdırılma aparıldığının deyildiyini qeyd edib.
Maştağadakı Psixiatriya Xəstəxanasında yeniyetmə öldürülüb -

Mənbə: yenisabah.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
250 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...