YAP-ın rayon təşkilatının sədri “ASAN xidmət”i “topa tutdu“: “Kor-peşman oradan uzaqlaşdım“

YAP-ın rayon təşkilatının sədri “ASAN xidmət”i “topa tutdu“:
Sabiq millət vəkili, Naftalan Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda YAP Nərimanov rayon təşkilatnın sdəri olan Musa Musayev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstən “ASAN xidmət” barəsində tənqidi fikirlər səsləndirib.

Gundeminfo.az Yeniavaz.com-a istinadla xəbər verir ki, o, qərbi azərbaycanlıların şəxsiyyət vəsiqəsində doğum yerinin dəyişdirilməsi prosesinin çətinləşdirildiyini iddia dib və buna görə “ASAN xidmət”i tənqid edib.

“Bu gün səhər qalstukumu taxdım, kastyumumu geyindim, çox həvəslə və şux bir əhval-ruhiyyə ilə 1 saylı “ASAN xidmət”ə üz tutdum. Məqsədim şəxsiyyət vəsiqəmi yeniləyib, doğma rayonumun və kəndimin adını tarixiləşdirmək idi. Bu məsələni mən vaxtilə parlamentin tribunasından 2000 və 2005-ci illərdə iki dəfə səsləndirmişdim. Bir neçə pəncərədən keçdim, mənasız sorğu sual... Nəhayət, doğum şəhadətnaməsinin tərcüməsi, həyat yoldaşımın sağ olması barədə arayış, anamın sağ olması barədə, 1998-ci ildə dünyasını dəyişən atamın ölüm kağızını və s. tələb etdilər. Anladım ki, “ASAN xidmət” çətin xidmətlə əvəzlənib, sakitcə sənədlərimi götürüb kor-peşman oradan uzaqlaşdım. Deməli, “Asan xidmət”də də erməni əli var? Yüzminlərlə qərbi azərbaycanlının şəxsiyyət vəsiqəsini dəyişməsi yəqin ki, baş tutmayacaq!”.

Məlumat üçün qeyd edək ki, 2000-2005-ci illərdə millət vəkili, 2006-2010-cu illərdə isə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsini icra etmiş Musa Musayev hazırda 20 saylı Nərimanov ikinci seçki dairəsinin sədri və Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş komissiyasının üzvüdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
332 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...