Zaxarova Ermənistan rəhbərliyinin ritorikasını narahatedici adlandırdı

Zaxarova Ermənistan rəhbərliyinin ritorikasını narahatedici adlandırdı
“Ermənistan rəhbərliyinin KTMT-yə qarşı ultimatum və təhqiramiz ritorikası narahatedicidir”.
Yeniavaz.com xəbər verir ki, bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanın Baş naziri Nikol Paşinyanın Ermənistanın KTMT-dən çıxma ehtimalı ilə bağlı bəyanatlarını şərh edərkən deyib.
“Biz heç vaxt heç bir dövlətin öz xarici siyasət kursunu, o cümlədən müəyyən beynəlxalq və regional strukturların işində iştirak dərəcəsini milli maraqları və qəbul etdiyi öhdəliklər əsasında müəyyənləşdirməkdə suveren hüququnu şübhə altına almamışıq, almırıq və almayacağıq. Bu, tam şəkildə KTMT-yə də aiddir. Eyni zamanda, bu gün Ermənistan rəhbərliyinin təşkilatın mövzuları ilə bağlı bəyanatlarında üstünlük təşkil edən və sözün əsl mənasında erməni dilinə yeridilmiş əks-məhsuldar və ultimatum, bəzən isə təhqiramiz ritorika bizi narahat etməyə bilməz ”, - diplomat bildirib.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan “France 24” telekanalına müsahibəsində İrəvanın KTMT-də iştirakını dondurduğunu bildirərək, təşkilatın 2021-2022-ci illərdə vəziyyətin gərginləşməsi zamanı respublika qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyini qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
378 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...