COP29 dövründə quru sərhədlər açılacaqmı? - Deputatdan açıqlama

COP29 dövründə quru sərhədlər açılacaqmı? -
"Güman edirik ki, mərhələli şəkildə prosesə başlanılması və xüsusən də qardaş Türkiyə və Gürcüstanla bu istiqamətdə sərhədlərin açılması məsələsinə baxılması məqsədəuyğun olardı".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov Bakıda keçirləcək COP-29 tədbiri ərəfəsində quru sərhədlərin müvəqqəti açılması ilə bağlı məlumata şərh verərkən deyib.

Deputat bildirib ki, bununla bağlı qararın Nazirlər Kabineti tərəfindən verilməsi vacibdir:

"Quru sərhədlərin açılması ilə bağlı qərar Nazirlər Kabineti yanındakı Operativ Qərargah tərəfindən verilir. Operativ Qərargah praktik olaraq mövcud şərtləri qiymətləndirərək məhz bu istiqamətdə qərar qəbul edir. Ona görə də növbəti dövrdə də hansı qərarın qəbul edilməsi bir başa Operativ Qərargahın mövqeyindən asılı olacaq. Biz bütün bunlarla yanaşı mərhələli şəkildə quru sərhədlərin açılmasını məqsədəuyğun hesab edirik".

Deputat hesab edir ki, növbəti dövrlər üçün Nazirlər Kabinetinin mövqeyi həlledici olaraq qalır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...