Azərbaycanda dolların kursunda az da olsa, ucuzlaşma baş verə bilər - İqtisadçı

Azərbaycanda dolların kursunda az da olsa, ucuzlaşma baş verə bilər  -
ABŞ-ın mərkəzi bankı kimi çıxış edən Federal Ehtiyat Sistemi (FED) sentyabrın 17-18-də keçirilən ikigünlük iclasının sonunda uçot dərəcəsini 50 baza bəndi – illik 4.75-5.25% səviyyəsinə endirib.
"Sherg.az" Oxu.az-a istinadən xəbər verir ki, bu barədə RBC.ru tənzimləyicinin press-relizinə istinadən məlumat yayıb. Bu, 2020-ci ilin martından bəri ilk azalmadır.
ABŞ-da bir ildən artıq müddət ərzində bu göstərici son 20 ilin maksimum həddinə çatdırılıb və 5.25-5.5% səviyyəsində olub. FED 2023-cü ilin iyul ayından etibarən faizləri bu səviyyədə saxlayıb.
FED-in faizlərlə bağlı növbəti iclası 6-7 noyabr tarixlərində baş tutacaq.
Qeyd edək ki, uçot dərəcəsi dünya üzrə ABŞ dollarının dəyərini müəyyənləşdirir. Onun azalması valyutanı ucuzlaşdıra bilər.

Məsələyə münasibət bildirən tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, hazırda dünya birjaları qərarı keçici hesab edirlər:
Azərbaycanda dolların kursunda az da olsa, ucuzlaşma baş verə bilər  -


''Çünki FED-in növbəti toplantısı 7 noyabr tarixində baş tutacaq. Ona görə də nəticə olaraq hansı qərarın veriləcəyini bilmirik. Bu birbaşa ABŞ-ın daxilinə hesablanmış situativ qətnamədir. Çünki borc alanların faizləri üzrə yüklənmə problemi var. ABŞ-da işsizliklə bağlı açıqlanan statistika son 4 ildə ən aşağı səviyyədədir. Yəni, Amerikada işsizlərin sayı durmadan artır. Belə olduğu təqdirdə Amerika çalışır ki, borc alanların yükünü nisbətən azaltsın və kredit faizləri üzrə problemləri həll etsin. Ancaq yekun qərar noyabrda veriləcək. Təbii ki, bu dövrə qədər Azərbaycanda manatın məzənnəsinə xarici müdaxilələr baş verəcək. Dolların dəyərini itirməsi Azərbaycana ciddi təsir göstərən faktordur. Çünki ölkəmizin əsas valyuta ehtiyatları dollarla saxlanılır. Əldə edilən gəlirlər də dollarla saxlanılan valyuta ehtiyatlarından daxil olur. Bu mənada Azərbaycanın gəlirlərinin azalması prossesi baş verəcək. Ən azından noyabrın ilk on günlüyünə qədər ölkəmizin dollarla saxlanılan valyuta ehtiyatlarından gəlirləri aşağı düşəcək. Azərbaycan Mərkəzi Bankından isə hansı qərarların veriləcəyi haqda hələlik açıqlama yoxdur. Lakin manatın məzənnəsi sabit qalacaq. Çünki FED-in belə bir qərar verəcəyi gözlənilirdi. Ötən həftə dünya birjalarında qızılın bahalaşması az da olsa, neftin dəyərinin itirməsinə səbəb oldu. Bu dolların ucuzlaşması ilə bağlı olur və veriləcək qərar gözləntilərdən irəli gəlirdi''.

Ekspert vurğulayıb ki, qızılın bahalaşması prossesi davam edəcək:
''Böyük dövlətlərin qızıl ehtiyatlarını artırma istiqamətində daha çox strateji addımlar atacağı gözləniləndir. Bu baxımdan manat dəyərini sabit saxlayacaq. Sadəcə olaraq, Azərbaycanın valyuta ehtiyatlarından gələn gəlirlərində azalma olacaq. Azərbaycanda dolların kursunda azda olsa, ucuzlaşma baş verə bilər. Amma Mərkəzi Bank daxildə dolları satmaqla itirdiklərini kompensasiya edib-etməyəcəyi yaxın günlərdə məlum olacaq. Qeyd edim ki, Mərkəzi Bankın dollara təlabatın artması haqda açıqlaması var idi. Bildirildi ki, lazım gəldiyi təqdirdə Mərkəzi Bankın özü də dollar sata bilər. Bir sözlə, hazırda ölkədə dollara təlabatın artması dolların qiymətinin ucuzlaşmasına şərait yaratmır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
77 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...