Son 4 ilin tədiyyə balansında ən pis nəticə – Ölkədən daha çox valyuta çıxıb
Azərbaycan Mərkəzi Bankı 2024-cü il üzrə tədiyyə balansını açıqlayıb və məlum olub ki, ehtiyat aktivlərdə 438,1 milyon dollarlıq kəsir yaranıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, 2023-cü ildə ehtiyat aktivlərdə 5 milyard 356,4 milyon dollar profisit olub.
Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir il ərzində ölkənin strateji valyuta ehtiyatlarının balansında kəskin dəyişmə qeydə alınıb.
Son illər ərzində ehtiyat aktivlərin göstəriciləri (valyuta ehtiyatlarının artıb-azalması) aşağıdakı kimi olub:
2024-cü il – 438,1 milyon dollar azalıb;
2023-cü il – 5 milyard 356,4 milyon dollar artıb;
2022-ci il – 9 milyard 375,1 milyon dollar artıb;
2021-ci il – 3 milyard 81,4 milyon dollar artıb;
2020-ci il – 1 milyard 168,3 milyon dollar azalıb;
2019-cu il – 5 milyard 142,9 milyon dollar artıb.
Məlumat üçün bildirək ki, ehtiyat aktivlərin azalması milli valyutanın məzənnəsinə və iqtisadiyyata neqativ təsir göstərə bilər. Ehtiyat aktivlərin azalması adətən milli valyutanın dəyərinin düşməsi (devalvasiya) riskini artırır. Ehtiyatların azalması ölkənin maliyyə sabitliyi ilə bağlı narahatlıq yaradır. Bu, investorların ölkədən kapital çıxarmasına və milli valyutaya tələbin azalmasına səbəb olur. Xarici valyuta ehtiyatları azaldıqca, idxal mallarına ödəmək üçün daha az valyuta qalır. Bu da milli valyutanın dəyərini aşağı sala bilər.
Milli valyuta ucuzlaşdıqda isə idxal məhsulları bahalaşır. Bu da ümumi qiymət səviyyəsinin yüksəlməsinə və inflyasiyanın artmasına gətirib çıxara bilər. Mərkəzi Bank valyutanın dəyərini qorumaq üçün faiz dərəcələrini yüksəldə bilər. Bu, kreditlərin bahalaşmasına və iqtisadi aktivliyin zəifləməsinə səbəb ola bilər.
44 dəfə oxundu