Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? – Direktor daha yüksək vəzifəyə hazırlaşır?

Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? –
Fəda Abbasov Elçin Zeynalovla necə anlaşdı? –
“Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC-nin direktoru Məcnun Məmmədovun ətrafındakı hər kəslə anlaşmağa çalışır

Kənd Təsərrüfatı Nazirliyinin nəzdində fəaliyyət göstərən “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC -nin direktoru Fəda Abbasovun yaxın günlərdə nazirlikdə yüksək vəzifəyə təyinat alacağı ilə bağlı XALQ-a məlumat daxil olub.

Bildirilir ki, Fəda Abbasov KTN nazirinin müavini Elçin Zeynalovlada münasibətlərini sahmana salaraq nazirlikdə vəziyyətini yaxşılaşdırıb.

Qeyd edək ki, “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC -nin direktoru Fəda Abbasov KTN naziri Elçin Zeylanovla münasibətlərinin pisləşməsi ilə bağlı bir müddət əvvəl mediada məlumat yayılmışdı. Həmin məlumatda bildirilirdi ki, Fəda Abbasov nazirliyin iki müavinini Sərvan Cəfərovla Elçin Zeynalovu üz-üzə qoyub. Belə ki, Fəda Abbasov Elçin Zeynalov tərəfindən sıxışdırıldığını və buna görə nazir müavinindən, himayəçisi olan digər müavin Sərvan Cəfərova şikayətçi olub.
XALQ-ın əldə etdiyi məlumatda qeyd olunur ki, Fəda Abbasov artıq Elçin Zeynalovla münasibətləri düzəldərək, nazir müavini razı salıb.
Mənbə Fəda Abbasovun nazir Məcnun Məmmədovun ətrafındakı hər kəslə anlaşmağa çalışdığını iddia edir. Bunun səbəbi isə Fəda Abasovun yaxın vaxtlarda daha yüksək vəzifəyə təyinat almaq istəməsi göstərilir. Qeyd edək ki, Fəda Abbasov 2021-ci ildə “Azəraqrar Dövlət İstehsalat və Birliyi” MMC -nin direktoru vəzifəsinə təyin edilib. Daha sonra 2021-ci ilin aprel ayında isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-yə direktor təyin edilib. Hazırda Kənd Təsərrüafatı nazirinin müavini Sarvan Cəfərov onun əsas himayədarı hesab edilir.

Elektron mediada yayılan məlumata görə XALQ bildirir ki, Fəda Abbasovun komandasındakı şəxslərin əsas maliyyə maxinasiyaları qurumun tabeçiliyində fəaliyyət göstərən Regional İdarələrin torpaq sahələrini özləri üçün əkilib becərilməkdən ibarətdir. Torpaqların əkilməsindən əldə olunan vəsaitlərin böyük hissəsi isə mənimsənilir. Regional İdarələrin nəzdindəki münbit torpaqların bir hissəsi dövlət üçün, bir hissəsi isə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Fəda Abbasova yaxın olan şəxslər üçün əkilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
57 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...