“İnsan hüquqlarına yanaşmada beynəlxalq təşkilatların ikili standarları” - Bakıda mühim tədbir

Bu gün “Bakı-2015 Birinci Avropa Oyunlarına Dəstək Vətəndaş Cəmiyyəti Koalisiyası” “İnsan hüquqlarına yanaşmada beynəlxalq təşkilatların ikili standarları” mövzusunda Dəyirmi Masa keçirib.

APA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Koalisiyanın koordinatoru, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bildirib ki, bu möhtəşəm idman bayramı yaxınlaşdıqca Azərbaycana dost olmayan dairələrin narahatlığı artır: “Bir mərkəzdən idarə olunan dairələr Azərbaycanın müstəqil siyasətini qəbul etmir, cəmiyyətimizi daxildən parçalamağa çalışırlar. BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Miçel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Mijatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin birgə məqalə yazması nədən xəbər verir?”


Koalisiyanın koordinatoru, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib ki, iyunun 10-da Avropa Parlamentində Avropa Oyunları və insan haqları ilə bağlı dinləmələr keçiriləcək: “BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Miçel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Mijatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujnieksin birgə məqaləsindən niyyətləri görünür. Məqalədə yazılır ki, Azərbaycanda beynəlxalq təşkilatların nümayəndəsi, əcnəbi hüquq müdafiəçiləri də təzyiqlərə məruz qalır. Belə hal nə zaman olub? Bu göstərir ki, Azərbaycanın Avropa Oyunlarına Azərbaycanın yüksək səviyyədə hazırlaşdığını görən bu dairələr fəallaşıb, kili standartlarla çıxış etməkdədirlər”.


Koalisiyanın eksperti, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Rəfail Becanov Avropa ölkələrində illik korrupsiyanın həcminin 323 milyard dollar olduğunu və bunun hesabatlarda əksini tapdığını qeyd edib.


Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni Azərbaycana qarşı çıxan dairələrin ölkəmizin müstəqilliyini təhdid etdiklərini vurğulayıb: “Dövlət başçısının da elan etdiyi kimi Azərbaycan heç vaxt öz müstəqil xəttindən geri çəkilməyəcək”.


Konstitusiya Araşdırmaları Mərkəzinin sədri Əliməmməd Nuriyev bildirib ki, Azərbaycana qarış bir mərkəzdən idarə olunan qüvvələr cəhdlərinin boşa çıxdığını görüb, azğınlaşırlar: “19 fevralda Ermənistanda parlament seçkiləri zamanı insanların atəşə tutulması, 2011-ci ildə seçkilər dönəmində Gürcüstanda 2 nəfər ölən zaman insan haqları ilə bağlı belə bəyanatların səsləndirildiyini xatırlamıram. Azərbaycanın girov sayılan iki vətəndaşı ilə bağlı da müvafiq bəyanata rast gəlməmişəm. Bu cür bəyanatların Avropa Oyunları ərəfəsində verilməsi də diqqət çəkir. Bu bəyanatlar əvvəllər də verilə bilərdi. Ancaq Avropa Oyunları ərəfəsində solistlər bir araya gəlib, bu üç nəfəri də birləşdirən onlardır”.



“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə kimin kim olduğunun ortaya çıxdığını vurğulayıb: “Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinə münasibətdə də ikili standartlar ortaya qoyurlar. BMT, ATƏT və Avropa Şurası vasitəsi ilə müəyyən ölkələr, dairələr Azərbaycana təzyiq göstərərək maraqlarını təmin etməyə çalışırlar. Özlərini demokratik adlandıran ölkələrdə jurnalistlərə daha çox təzyiqlər olur, ancaq demokratiya adı altında digər ölkələrə təzyiqlər göstərirlər. Demokratiya pərdəsi altında Yaxın Şərq ölkələrinin viran qoyulduğu, maraqları üçün insanların qətlə yetirildiyini görürük. Azərbaycana qarşı ikili standartlara son qoyulması üçün həmin beynəlxalq təşkilatlara bəyanatlar ünvanlamalıyıq”.
Politoloq Elman Nəsirov ilkin mərhələdə təzyiqlərin Avropa Oyunlarının keçirilməsinə Azərbaycanın hazırlaşa bilməyəcəyi yönündə olduğunu qeyd edib: “Ancaq görəndə ki, Azərbaycan Avropa Oyunlarını keçirməyə hazırdır, təzyiq istiqamətini dəyişdilər. BMT, ATƏT və Avropa Şurası nümayəndəsinin hazırladığı birgə məqalədə də Azərbaycanın siyasəti hədəf seçilib. Bu təzyiqlər Avropa Oyunlarından sonra da təzyiqlər olacaq.

Politoloq Mübariz Əhmədoğlu bildirib ki, Azərbaycanın müstəqilliyi davamlı inkişafını ortaya qoyur: “Ermənistanda 2013-cü ildə keçirilən prezident seçkiləri ilə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatı belə yoxdur”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu 3 beynəlxalq təşkilatın nümayəndəsinin birgə məqalə yazmasını Azərbaycanın artan gücünə qarşı təzyiqlərin birləşdirilməsi faktı kimi dəyərləndirib.Tədbir müzakirələrlə davam edib. Tədbirin sonunda vətəndaş cəmiyyəti institutları və KİV adından Azərbaycana təzyiqlərlə əlaqədar bəyanat qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1117 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...