Azərbaycan Ukraynanın Olimpiya çempionuna dəvət göndərdi

Azərbaycan Ukraynanın Olimpiya çempionuna dəvət göndərdi

Rio- 2016-nın çempionu, Ukrayna gimnastı Oleg Vernyayevə Azərbaycan üçün çıxış etmək təklif göndərilib.

Virtualaz.org bildirir ki, bu barədə çempion özü məlumat verib: "Təkliflər var və cavabını gözləyir - onlar heç yana getmirlər. Mənə sadəcə siqnal vermək kifayətdir ki, hər şey həll olunsun. Mənə son dəvət Almaniyadan olub. Rusiya və Azərbaycandan da təkliflər var. Amma başa düşmək lazımdır ki, mən hazırda bu barədə düşünmürəm və heç yerə getməyi də planlaşdırmıram. Əgər bizə yenidən tüpürüb, idmanı öz axarına buraxsalar, onda bu məsələyə baxarıq. Ancaq indi mən vətəndaşlığımı dəyişmək haqqında düşünmürəm ".

Xatırladaq ki, Oleg Vernyayev Rioda paralel barlardakı çıxışına görə qızıl, çoxnövçülüyə görə isə gümüş medal qazanıb.

Onu da qeyd edək ki, Ukrayna gimnastları Azərbaycan üçün artıq çıxış edirlər. Belə ki, Rio Olimpiya Oyunlarında ölkəmizi Oleg Stepko və Petro Paxnyuk təmsil ediblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
657 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...