İstanbulda İŞİD-lə əlaqədə şübhəli 40 əcnəbi tutuldu

İstanbulda İŞİD-lə əlaqədə şübhəli 40 əcnəbi tutuldu

Türkiyə polisi İstanbulda antiterror əməliyyatı keçirib. “Anadolu” agentliyinin verdiyi xəbərə görə, əməliyyat nəticəsində İŞİD-lə əlaqədə şübhəli bilinən 40 əcnəbi saxlanılıb.

Məlumata əsasən, 23 ünvanda keçirilən əməliyyat zamanı İran, İraq, Əfqanıstan və Azərbaycan vətəndaşları saxlanılıb. Şübhəli şəxslərin evlərində və göstərilən yerlərdə axtarış aparılıb, çox sayda sənəd və rəqəmsal vasitə götürülüb.

Şübhəlilərdən bəzilərinin dəfələrlə Suriyadakı qarşıdurma bölgələrinə getdikləri müəyyən olunub.(APA)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
634 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...