“FES bu həftə dünyanı heyrətləndirəcək"

“FES bu həftə dünyanı heyrətləndirəcək"

ABŞ Mərkəzi Bankının bu həftəki faiz qərarı öncəsi bazarlarda daha əvvəllər bənzəri görülməmiş bir fikir ayrılığı var.
“Marja” xəbər verir ki, bu gün isə Federal Ehtiyatlar Sistemi (FES) ilə istiqraz əməliyyatları aparmaq hüququna malik olan 23 təşkilatdan ikisi - Barclays və BNP Paribas çərşənbə günü onun faiz artıracağını bildirib.


BNP-nin iqtisadçısı Laura Rosner, “Mükəmməl bir zaman yoxdur; Məlumatlarda hər zaman qeyri-müəyyənliklər olacaqdır. Son doqquz ayda müşahidə edilmiş və FES-in faiz qərarını gecikdirən şokların çoxluğuna baxmayaraq, məşğulluq güclü olmaqda davam edib və bu vəziyyətin nəzərə alınacağını hesab edirik” deyib.

Barclays, iyun ayının əvvəllərində açıqlanan may ayındakı aşağı məşğulluq göstəricisinə qədər, iyunda faiz artımı proqnozunu etmişdi. Barclays-ın iqtisadçısı Rob Martin də bildirib ki, FES bu həftə faiz artıracaq. Martin ”Sentyabr ayında faizin artırılacağı fikrimizi qoruyuruq. Çünki FES sədri və sədr müavininin Jackson Hole-da dediklərini nəzərə alırıq”, - deyə bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
657 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...