Ermənistanın yeni müdafiə naziri kimdir? – DOSYE

Ermənistanın yeni müdafiə naziri kimdir? –


Bu gün Serj Sarksiyanın sərəncamı ilə müdafiə naziri postuna Viqen Sarkisyan təyin olunub. Modern.az Ermənistanın yeni müdafiə naziri haqda informasiyanı təqdim edir. Viqen Sarkisyan 1975-ci il mayın 10-da anadan olub. 1996-cı ildə Sankt-Peterburqda Şimal-Qərb Akademiyasını, 1997-ci ildə isə Yerevan Dövlət Universitetini bitirib. 1999-cu ildə beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi alıb.

Viqen Sarkisyan 2000-ci ildə ABŞ-ın Taft Universitetinin tərkibindəki Fletçer diplomatiya və hüquq məktəbində oxuyub. O, hüquq və diplomatiya üzrə magistr dərəcəsinə malikdir. O 1995-1998-ci illərdə Ermənistan parlamentinin spikerinin köməkçisi, 2000-2003-cü illərdə isə Ermənistan Müdafiə Nazirliyinin əsas binasında referant kimi həqiqi hərbi xidmət keçib.

2003-cü ildə Sarkisyan Ermənistan prezidenti Robert Koçaryanın köməkçisi, 2009-2011-ci illərdə isə prezident aparatının rəhbər müavini olub. 2011-ci il oktyabrın 17-dən bu günə qədər isə aparat rəhbəri funksiyalarını icra edib. O, MDB ölkələri humanitar şurasının sədri funksiyalarını da icra edir. Viqen Sarkisyan evlidir və 3 qız atasıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
897 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...