Samboçular Azərbaycana 4 gümüş medal qazandırıblar

Samboçular Azərbaycana 4 gümüş medal qazandırıblar

İyunun 22-də azərbaycanlı samboçular final yarışlarında rəqiblərinə məğlub olaraq 4 gümüş medal qazanıblar.

Qadınlar arasında gümüş medalı Nəzakət Xəlilova (52 kq.) qazanıb.

Kişilər arasında ikinci yeri İslam Qasımov (57 kq.) tutub.

Azərbaycan təmsilçisi Amil Qasımov da (74 kq.) ikinci olub.

Növbəti gümüş medalı ölkəmizə Vasif Səfərbəyov (110+ kq.) qazandırıb.

İyunun 22-də azərbaycanlı boksçular da ¼ finalda alib gələrək medal qazanıblar.


Belə ki, Tayfur Əliyev (56 kq.), Elvin Məmişzadə (52 kq.), Teymur Məmmədov (81 kq.) və Məhəmmədrəsul Məcidov (91+kq.) yarımfinala çıxıblar. Onlar ən azı bürünc medalı təmin ediblər. Çünki yarışların yarımfinalında məğlub olan idmançılar Oyunların üçüncü mükafatçısı olur.

11 günlük nəticələrə əsasən Azərbaycan medalların sayına görə ikinci yerdədir – 39 medal (14 qızıl, 11 gümüş və 14 bürünc). Birinci yerdə olan Rusiya iyunun 22-də medalların sayını artırıb (45 qızıl, 23 gümüş, 19 bürünc). Üçüncü yerdə Almaniyadır - 32 medal (11-9-12).


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1221 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...