Arif Hacılı Milli Şura və AXCP sədrlərini ittiham etdi

Arif Hacılı Milli Şura və AXCP sədrlərini ittiham etdi

“Müsavat Partiyasının qurultayında bir nəfərin iki dəfədən artıq başqan seçilməməsi müddəasına əməl olundu. Mən digər müxalif partiyaları da bu müddəanı tətbiq etməyə çağırıram”.

APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı keçirdiyi mətbuat konfransında deyib.

A. Hacılı bildirib ki, partiyadan çıxanlarla yanaşı, gələnlər də var. O, partiyanın Məclis və Divanının yeniləndiyini, hazırda Divanda ən təcrübəli şəxsin özü olduğunu qeyd edib. A. Hacılı hesab edir ki, 9 ay ərzində 13 nəfərin Nizamnamə tələblərini pozduqlarına görə partiya sıralarından xaric edilməsi qeyri-adi hadisə deyil: “Əvvəllər olub ki, bir ayda 30 nəfər partiyadan xaric edilib” . Milli Şura və AXCP-yə işarə edən A. Hacılı bəzi müxalifət partiyalarının Rusiya qəzetlərinə bir cür, Qərb mediasına isə başqa cür müsahibə verdiyini bildirib: “Heç kim hesab etməsin ki, belə oyunbazlığı görən yoxdur".

Müsavat başqanının fikrincə, ABŞ səfirinin Müsavat Partiyasının qərargahını ziyarət etməsi onların "ardıcıl mövqe ortaya qoymaları" ilə bağlıdır. Onun sözlərinə görə, Müsavat Partiyasının deputatlığa namizədləri Məclisin iyulun 4-də keçiriləcək iclasında və ya növbədənkənar iclasda müəyyənləşəcək. A. Hacılı özünün və İsa Qəmbərin də seçkilərdə iştirak edəcəyini açıqlayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1137 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...