Somalidəki Türkiyə səfirliyi partladıldı

Somalidəki Türkiyə səfirliyi partladıldı

İlkin məlumata əsasən, Türkiyə səfirliyinin yanında avtomobildə kamekadze özünü partladıb. Bundan sonra hadisə yerində atışma başlayıb. Oxu.az xəbər verir ki,hücum Birləşmiş Ərəb Əmirliklərinin diplomatlarına yönəlib, onlar Türkiyə səfirliyində olublar.Partlayış nəticəsində terrorçuların hədəfi olduğu ehtimal edilən BƏƏ səfiri sağ qalıb.
Somali paytaxtının polisindən bildiriblər ki, yeddi nəfər yaralanıb. Yerli sakinlər daxil olmaqla üç nəfər həlak olub. “Kamekadzenin olduğu avtomobil hərbi avtomobilə çırpılıb. Üç nəfər həlak olub, yeddi nəfəri xəstəxanaya çatdırıblar”, - Reuters agentliyinə polis zabiti Fərəh Abdikadır xəbər verib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1035 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...