“Qanun bu boşluğu aradan qaldıracaq”

“Qanun bu boşluğu aradan qaldıracaq”


Milli Məclisin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Modern.az-ın xəbərinə görə, qanun layihəsi barədə məlumat verən parlamentin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycanda dopinqlə mübarizə sahəsində qanunvericilik bazası olmadığı üçün problemlər olub və qanun bu boşluğu aradan qaldıracaq.

Ötən müddət ərzində komitənin dopinq problemini araşdırdığını deyən F. Muradov bildirib ki, müvafiq dövlət qurumlarının mütəxəssisləri cəlb edilməklə hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir. Layihədə dopinq nəzarətinin həyata keçirilməsi qaydaları, aşkarlanan pozuntular, idmançılara tibbi xidmətin göstərilməsi qaydaları və digər məsələlər əksini tapıb.

Deputatın sözlərinə görə, qanun layihəsində Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur. Bu agentlik nəzdində apellyasiya komissiyasının, idman arbitrajının yaradılması təklif edilir.
Layihə səsə qoyularaq ikinci və üçüncü oxunuşda qəbul olunub.
Spiker Oqtay Əsədov bu qanun layihəsinin qəbul olunmasını Gənclər və İdman Nazirliyinə, idmançılara və idman federasiyalarına yeni il hədiyyəsi olduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
984 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...