Bakı metrosunda iş saatları dəyişəcək

Bakı metrosunda iş saatları dəyişəcək

"Bakı 2015" I Avropa Oyunlarının bağlanış mərasimindən sonra Bakı Metropolitenində iş saatları əvvəlki qrafiklə əvəzlənəcək.

Bu haqda "Report"a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.

O deyib ki, iyunun 12-dən metro saat 06:00-dan 01:00-a qədər işləyir: "Lakin Oyunlar bitəndən sonra metro yenidən gecə 00:00-a qədər işləyəcək".

Qeyd edək ki, sərnişinlərin çoxluğu nəzərə alınaraq metro xidməti gecə saatlarına qədər uzadılıb. Avropa Oyunlarının açılış günü və ehtimal ki, bağlanış günü də metro qatarları səhərə qədər xidmət göstərəcək. Belə ki, stadiona yaxın olan “Koroğlu” stansiyasına sərnişin axını olur.

Əlavə edək ki, Bakıda keçirilən I Avropa Oyunları ilə əlaqədar şəhərdaxili avtobuslar da saat 05:00-dan 01:00-a qədər işləyir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1091 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...