Göyçayda güclü yanğın - 5 rayondan yanğınsöndürənlər cəlb edildi

Göyçayda güclü yanğın -

Göyçayda güclü yanğın baş verib. Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında rayonun Bığır kəndi ərazisində başlayan yanğın qısa vaxtda geniş ərazini əhatə edib.

Hadisə zamanı 150 hektar sahədə quru ot, xırda ağaclar və kol-kos yanıb. Əraziyə FHN-in Göyçay, İsmayıllı, Ağsu, Ucar və Ağdaş rayonlarının Yanğından Mühafizə Hissələrinin 8 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Yanğınsöndürənlər "Gilan Holdinq"ə məxsus 110 hektar nar bağını və Bığır kənd sakinlərinə məxsus fərdi yaşayış evlərini alovdan mühafizə ediblər. Hazırda yanğın davam edir. Alovun qarşısının alınması üçün tədbirlər görülür. Yanğının söndürülməsinə 5 rayondan yanğınsöndürənlər cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
691 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...