“Bu qanun telefon bazarının bahalaşmasına səbəb olacaq” - Ölkə başçısına müraciət hazırlandı

“Bu qanun telefon bazarının bahalaşmasına səbəb olacaq” -

Ölkəyə gətirilən mobil telefonların qeydiyyat qiymətinin qaldırılması cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmadı. İnsanlar bir neçə müddətdir ki, bu məsələni müzakirə edirlər.

Moderator.az -a açıqlamasında “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, qəbul edilən qərar yalnışdır və onlar məsələylə bağlı ölkə başçısına müraciət hazırlayırlar:

“Mobil telefonların qeydiyyat qiymətinin artırılması qeyri-qanuni bir şeydir. Bunlar bu qanunla izah etməyə çalışırlar ki, bəzi şəxslərin xaricdən kommersiya məqsədi ilə gətirdikləri mobil telefonların qarşısını alacaq. Bir neçə adama görə, yüz minlərlə insanın telefon almasının qarşısını almaq olmaz, axı. Məsələn, vətəndaş xaricə gedir və yaxşı bir telefon görür və baxır ki, qiyməti bizim bazardakından da ucuzdur o, da telefonu alıb gətirir. Bu haqqı onun əlindən heç kim ala bilməz, axı. Amma indi kimsə bir neçə mobil telefon alıb kommeriya ilə məşğul olursa, bununla ölkənin aidiyyatı qurumları məşğul olmalıdır. Bu məsələyə yanaşmanın özü düz deyil. Bu qanun telefon bazarının bahalaşmasına səbəb olacaq. İkincisi, bu Azərbaycanın maraqlarına uyğun olmayan tendensiyaya səbəb olacaq, yəni dünyanın inkişaf etmiş bir dövründə insanın əlində elə bir yüksək telefon olmalıdır ki, o, öz karyerasını qura bilsin, inkişaf etsin. Bu qanundan sonra bizim ölkə vətəndaşında adi mobil telefon, qonşu ölkə vətəndaşında isə daha güclü mobil telefon olacaq. Bu qərar dolayısı ilə texnologiyaların, yeniliklərin qarşısının alınmasına yönəlib. Mən hesab edirəm ki, bu doğru bir şey deyil və bununla bağlı ölkə rəhbərliyinə müraciət hazırlamışıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
857 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...