İrandan azərbaycanlılara qarşı saxtakarlıq: 72 illik həqiqət silinir

İrandan azərbaycanlılara qarşı saxtakarlıq:

İyunun 12-i Təbriz Universitetinin təsis edilməsinin 72-ci ildönümü olduğu halda, məsul şəxslər avqustun 29-da 70-ci ildönümü mərasiminin keçiriləcəyini elan ediblər.

Gundeminfo.az axar.az-a istinadən bildirir ki, iranlı rəsmilər bununla universitetin Azərbaycan Milli Hökuməti tərəfindən deyil, Pəhləvi dövründə təsis edildiyini sübut etməyə çalışır.

Qeyd edək ki, tarixi sənədlərə görə, universitet 1946-ci il iyunun 12-də hökumət başçısı Seyid Cəfər Pişəvəri tərəfindən rəsmən açılıb. Təbriz Universiteti Pəhləvi ordusu Azərbaycana daxil olub əhalini qətl etdikdən sonra hərbçilərin hücumuna məruz qalıb və bir hissəsi dağılıb. Bundan sonra türk dilinə düşmən olan Pəhləvi rejimi universiteti bir neçə illik bağlayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
754 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...