Gəncədə dəhşətli yanğın – Bina sakinləri təxliyyə edildi – GÖRÜNTÜLƏR – VİDEO

Gəncədə dəhşətli yanğın – Bina sakinləri təxliyyə edildi –

Gəncədə çoxmərtəbəli binada yanğın olub. ARB TV xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsi 48A ünvanında qeydə alınıb.

Alov 5 mərtəbəli binanın beşinci mərtəbəsində yerləşən Günay Abdullayevaya məxsus 103 kvadrat metrlik beş otaqlı evdə meydana gəlib. Mənzilin bir otağında 12 kvadrat metrlik sahə yanıb. Dərhal hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Sakinlər təxliyyə edilib, alov söndürülüb. Tüstüdən zəhərlənən sakinlərə ilkin yardım göstərilməsi üçün hadisə yerinə Təcili Tibbi Yardım briqadası çağırılıb.



Yanğının baş vermə səbəbləri araşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
769 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...