Azərbaycanlı keçmiş məmurla bağlı ŞOK İDDİA - Moskvadan gələn şübhəli zəng...

Azərbaycanlı keçmiş məmurla bağlı ŞOK İDDİA -

Moskvadan Mariya Nikolayevna redaksiyamıza zəng vurarq, xahiş etdi ki, bir məsələdə ona kömək edək. Əvvəl elə bildik ki, Bakı şəhərində olan bir xanımdır. Ona görə də onu redaksiyamıza dəvət etdik. O isə bildirdi ki, Moskvada yaşayır, redaksiyaya indi gələ bilməz. Problemin nədən ibarət olduğunu soruşanda dedi ki, uşağının atası Azərbaycanda tanınmış siyasi xadim olub. Mariya xanımın dedikləri:

-Xahiş edirəm, mənə kömək edin. Uşağımın atası Prezident Administrasiyasında İşlər İdarəsinin müdiri işəlmiş Akif Muradverdiyevdir. Onunla 2013-cü ildə Moskvada tanış olmuş və vətəndaş nikahı ilə birgə yaşamışıq. Bu nigahdan bir övladımız var (çox təəssüf ki, rabitə kəsildiyindən uşağın oğlan, ya qız olduğunu öyrənə bilmədik). Akif Muradverdiyev uşağına yiyə durmaq istəmir. İndiyə qədər bir rubl da olsun pul verməyib. İstəyirəm ki, onun uşağına aliment ödəməsində mənə kömək edəsiniz.

-Mariya xanım, bu barədə məhkəməyə müraciət etmisinizmi? Biz bilirik ki, Akif Muradverdiyev iki dəfə həbs olunub. Bu barədə məlumatınız varmı?

-Bəli, var. İndi çöldədir… Məhkəməyə hələ müraciət etməmişəm. Əgər sizin qəzet vasitəsi ilə mənə bir kömək olmasa, onda Azərbaycana gəlib, onu məhkəməyə verəcəyəm. İndi telefonumda vəsait qurtaracaq, danışa bilməyəcəyəm. Sabah sizə zəng edib, Akif Muradverdiyevin Moskva məcaraları barədə sizə maraqlı məlumatlar verəcəyəm…
Mariya xanımın bəzi ciddi ittihamları barədə dəqiqləşmə aparmaq üçün Akif muradverdiyevin özü ilə əlaqə saxlamağa çalışırıq… Həmçinin Mariya Nikolayevnanı redaksiyamıza dəvət etdik, o, zəng vuraraq nə vaxt gələcəyi barədə bizə ətraflı məlumat verəcək.

***

Xatırladırıq ki, Akif Muradverdiyev 2013-cü il iyunun 20-də saat 09:25 dəqiqədə Heydər Əliyev Beynəlxalq Hava Limanından Rusiya Federasiyasına aparmaq məqsədilə külli miqdarda dəyəri olan Çar Rusiyasına aid qədim qızıl pul sikkələrini qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gizli yolla gömrük nəzarətindən keçirmək istəyərkən MTN əməkdaşları tərəfindən saxlanılmışdı. Baxış zamanı onun əlində olan çantasından külli miqdarda dəyəri olan - Çar Rusiyasına aid 40 ədəd qədim qızıl pul sikkələri aşkar edilərək götürülmüşdü. Faktla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanmış və ittiham irəli sürülmüşdü.
17 marta 2016-cı ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə məhkum edilmiş bir sıra şəxslər əfv olunub, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlərdən cəzanın çəkilməmiş hissəsindən azad edilənlər arasında Prezidentin İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyevin də adı olmuşdur. \\tezadlar.az\\



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
664 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...