Köçəryan Paşinyanı tənqid etdi: “Brüsselə boylanmaq axmaqlıqdır”

Köçəryan Paşinyanı tənqid etdi:

Ermənistanın sabiq prezidenti Robert Köçəryan “məxməri inqilab”dan sonra İrəvan və Moskvanın münasibətlərinin dəyişdiyindən danışıb.
“Ölkə.Az” xəbər verir ki, Köçəryanın fikrinə əsasən, erməni hökumətin hər dəqiqəbaşı “Rusiya ilə münasibətlər yüksək səviyyədədir” bəyanatları əslində problemin olduğundan xəbər verir:

“Məncə Ermənistan hökuməti regiondakı vəziyyəti düzgün qiymətləndirmir. Bir tərəfdən bizə dost ölkələrə Qərb sanksiyalar tətbiq edir. Digər tərəfdən isə rəqiblərimiz güclənir. Belə bir vəziyyətdə illərlə davam edən münasibətlərə yenidən baxmaq, yeni alyanslar, yeni güc mərkəzləri axtarmaq səhvdir.
Təbii ki, NATO ilə əməkdaşlığı inkişaf etdirmək lazımdır. Amma başa düşmürəm ki, Ermənistan Brüsseldə keçirilən sammitdə iştirak etməyə niyə ehtiyac duysun? Çünki Rusiyanın NATO ilə münasibətləri gərginləşib.

Regionda Ruiya kimi təhlükəsizlik sahəsində imkanları olan dövlət yoxdur. Rusiyanın hərbi imkanları təsirləri, rıçaqları daha çoxdur. Brüsselə boylananlar səhvə yol verirlər.

Azərbaycana baxın, Bakının imkanları günü-gündən artır. Türkiyə-Azərbaycan münasibətləri hər gün daha da inkişaf edir. Ermənistanla Türkiyənin, Ermənistanla Azərbaycanın imkanlarını müqayisə etmək ağılsızlıqdır. Ankara hər zaman Bakını dəstəkləyəcək”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
793 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...