“Koroğlu” körpüsü həbsxana divarlarına çevrildi - Tikanlı məftillər ölümlə aranıza girəcək / FOTOLAR

“Koroğlu” körpüsü həbsxana divarlarına çevrildi -

"İntihar körpüsü” kimi tanınan metronun "Koroğlu” stansiyasının yaxınlığındakı yol qovşağında təhlükəsizlik tədbirləri gücləndirilib.

Gundeminfo.az Axar.az-a istinadən xəbər verir ki, məlum səbəblərdən körpüdə mühafizə polisinin keşik çəkməsi ilə bərabər, təzəlikcə dirəklərə tikanlı məftillər bağlanıb.

Tikanlı məftillər körpünün həm aşağı, həm də yuxarı hissələrinə hörülüb. Körpünün üzərində polis maşını dayansa da, aşağıda polisin keşik çəkməsi üçün münasib yer yoxdur. Bu səbəbdən körpünün aşağı dirəyinə daha çox və qalın məftillər vurulub.

Mühafizə polisi artıq uzun illərdir ki, bu ərazidə bütün günü keşikdə dayanır. Növbətçilik sistemi ilə polislər bir-birini əvəzləyirlər. Körpüdə mühafizə xidməti yaradıldığı gündən intihara faktı demək olar ki, qeydə alınmayıb.


“Koroğlu” körpüsü həbsxana divarlarına çevrildi -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1287 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...