Azərbaycan Ordusu 5 pillə irəlilədi – Dünyanın hərbi qüdrəti olan ölkələri SİYAHISINDA

Azərbaycan Ordusu 5 pillə irəlilədi –

"Globalfirepower" portalı 2018-ci il üçün hərbi gücünə görə dünya dövlətlərinin reytinqini hazırlayıb. Unikal.org globalfirepower.com-a istinadla xəbər verir ki, Azərbaycan 2018-ci ildə hərbi qüdrətinə görə, 133 ölkə arasında 53-ci yerdə qərarlaşıb.

Həmin reytinq cədvəlinə görə, dünyanın hərbi gücünə görə ən qüdrətli 10 dövləti Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, Hindistan, Fransa, İngiltərə, Cənubi Koreya, Yaponiya, Türkiyə və Almaniya yer alıb.

Türkiyə bu sırada 9-ci, İran 13-ci, Gürcüstan 82-ci, Ermənistan isə 84-cü yerdə qərarlaşıb.

Saytın məlumatına görə, ayrı-ayrı dövlətlərin hərbi gücünü müəyyən edərkən 54 müxtəlif faktor nəzərə alınır. Burada ölkələrin malik olduqları silahlar, ordunun maliyyə gücü, sənaye kompleksi bununla belə, coğrafi mövqeyi, təbii ehtiyatları, əhalinin sayı və digər amillər də nəzərə alınır.

Qeyd edək ki, Azərbaycan "Globalfirepower" portalı 2017-ci il üçün hərbi gücünə görə dünya dövlətlərinin reytinqində 133 ölkə arasında 58-ci yerdə qərarlaşmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1110 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...