Bakıda metro keçidində şübhəli bağlama - FHN hərəkətə keçdi

Bakıda metro keçidində şübhəli bağlama -

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu ərazisindəki metrostansiyasının keçidində şübhəli bağlama aşkarlanması ilə bağlı məlumat daxil olub.

FHN-dən BakuPost-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər ərazidə təhlükəsizlik tədbirləri görüb, müvafiq qaydada bağlamaya baxış keçiriblər. Bağlamanın içində təhlükəli əşya aşkar edilməyib. Bağlama aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
656 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...