“O sürücüləri işə götürən də cəzalansın” - Fəzail Ağamalı

“O sürücüləri işə götürən də cəzalansın” -

“Sərnişindaşıma ilə məşğul olan sahibkarlara qarşı cinayət və inzibati məsuliyyət tətbiq edilsin”.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə deputat Fəzail Ağamalı Milli Məclisdə çıxış edib.

O, xatırladıb ki, bir neçə gün əvvəl Binə qəsəbəsində avtobus qəzası baş verdi və nəticədə iki nəfər öldü, çox sayda adam yaralandı: “Bakının küçələrində şütüyən avtobusalar kifayət qədər ciddi problemlər yaradır. Sürücü öz cəzasını alacaq, buna şübhə yoxdur. Ancaq təəssüf ki, o sürücüləri işə götürən daşıyıcılara hər hansı cəza, cinayət işi açılmır. Bir çox avtobuslarda kart sistemi tətbiq olunduğu halda çoxusunda bu tətbiq edilmir. Təklif edirəm ki, gələcəkdə Cinayət və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilsin. Həmin işəgötürən şəxslərə qarşı cəza məsuliyyəti nəzərdə tutulsun”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
675 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...